Menyu

“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub

Operativ Media
“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunmuşdur.

Operativ Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilmiş, Dövlət Himni səsləndirilmiş, xalqımızın Dahi Öndəri, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini xüsusi vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd etmişdir ki, bu strategiyanın tərkib hissəsi olaraq Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilmiş, şəxsi heyətin peşəkarlıq səviyyəsi daha da artırılmış və sərhəd mühafizəsi sistemi ən qabaqcıl texnologiyalar əsasında təkmilləşdirilmişdir. Əldə olunan bu uğurlar Dövlət Sərhəd Xidmətinin qarşısında duran vəzifələrin daha yüksək səviyyədə icrasına geniş imkanlar açmış, sərhədlərimizin toxunulmazlığının təmin edilməsində mühüm rol oynamışdır.

Bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti müasir dövrün tələblərinə uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin “Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər isə onların peşəkarlığının, döyüş hazırlığının və Vətənə sədaqətinin rəmzidir.

Beretləri böyük qürur hissi ilə qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Ali Baş Komandana dərin minnətdarlıqlarını ifadə edərək, Vətənə, millətə və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, Vətənin müdafiəsinə hər an hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içmişlər.

Tədbirin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilmişdir.

Fotogalereya

Əlaqəli Xəbərlər