Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib
Operativ Media
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib.
Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında baş tutub.
Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutaraq normativləri icra ediblər.
Bir neçə mərhələdən ibarət olan yarışda iştirakçılar müxtəlif atış çalışmaları üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net