Menyu

Sınaqlar zamanı "Azərsilah"a məxsus poliqonda yanğın olub

Operativ Media
Sınaqlar zamanı "Azərsilah"a məxsus poliqonda yanğın olub
1 dəq oxu

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.

Əlaqəli Xəbərlər