Menyu

Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb

Operativ Media
Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb
1 dəq oxu

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlu batıb.

FHN Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunaraq axtarışlara başlanılıb.

Həyata keçirilən əməliyyat nəticəsində yeniyetmənin meyiti batdığı yerdən təxminən 15 km aralıda – kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər