Menyu

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Xaçmazda oğurluq edən şəxs saxlanılıb

Xaçmaz rayonunda yerləşən restoranların birində müştəriyə məxsus bank kartı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Saleh Sultanov saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, S.Sultanov kartı əldə edəndən sonra hesabda olan 1590 manat məbləğində pul nağdlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Sultanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər