Menyu

Valdas Dambrauskas: Çempionlar Liqasında heç kimdən çəkinmirik

Operativ Media
Valdas Dambrauskas: Çempionlar Liqasında heç kimdən çəkinmirik

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmasından danışıb.

Operativ Media xəbər verir ki, litvalı mütəxəssis “Aztv”yə müsahibəsində bu uğurun futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biri olduğunu bildirib.

“Biz liqa mərhələsinə vəsiqə qazandıq. Bu, futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biridir. Biz bunu çox istəyirdik. Yəqin ki, hər bir futbolçunun və hər bir məşqçinin böyük arzusu, böyük istəyidir.

Rəqiblərimizə qarşı mübarizə aparmalı, döyüşməliyik. Əlbəttə, asan olmayacaq. Amma necə mübarizə aparacağımızı bilmək və bunun üçün hər yolu tapmaq lazımdır”, - deyə Dambrauskas qeyd edib.

Baş məşqçi azarkeşlərin dəstəyinin komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Çox xoşbəxt olardım. İstərdim ki, bütün azarkeşlərimiz, bizi dəstəkləyən hər kəs tribunalarda yerini alsın. “Hapoel” ilə oyunda olduğu kimi möhtəşəm atmosfer yaratsınlar. Demək olar ki, onların dəstəyi sayəsində biz özümüzdə güc tapdıq və qalib gəldik.

Ümid edirəm ki, azarkeşlər bizi sadəcə Çempionlar Liqasında deyil, yerli çempionatda da dəstəkləyəcəklər. Çünki onların köməyi ilə daha böyük nəticələr əldə edə bilərik”.

Dambrauskas heyətlə bağlı məhdudiyyətlərə də toxunub. O, “Sabah”ın ən azı qış fasiləsinə qədər üç cəbhədə mübarizə aparacağını bildirib.

“Çempionlar Liqasında sadəcə 17 əcnəbi futbolçu sifariş edə bilərsən. Daha sonra dəyişikliklər etmək mümkündür. Düşünürəm ki, ən azı qışa qədər üç cəbhədə – Azərbaycan çempionatında, kubokunda və Çempionlar Liqasında – bu heyətlə mübarizə aparacağıq”, - deyə o əlavə edib.

Litvalı çalışdırıcı komandasının heç bir rəqibdən çəkinmədiyini də vurğulayıb:

“Biz heç kimdən çəkinmirik. Nəticələr necə olursa-olsun, bizim üçün əsas ən yaxşı oyunumuzu göstərməyə çalışmaqdır.

Biz unutmamalıyıq ki, bizi buralara nə gətirib. Ən çox çalışmaq və hər gün məşqlərdə göstərdiyimiz yüksək performans. Çalışacağıq ki, yenə yüksək performans göstərib yaxşı nəticələr əldə edək”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər