Platini İnfantinoya istefa verməyi təklif edib
Operativ Media
UEFA-nın sabiq prezidenti Mişel Platini FİFА rəhbəri Canni İnfantinonu idmanın qaydalarını pozduğuna görə istefaya getməyə çağırıb.
Operativ Media xəbər verir ki, keçmiş funksioner 2026-cı il dünya çempionatında tətbiq olunan yenilikləri, o cümlədən qarşılaşmalar zamanı əlavə fasilələri və final matçındakı fasilənin 30 dəqiqəyə uzadılmasını tənqid edib.
Platininin sözlərinə görə, idman instansiyaları vasitəsilə İnfantinonu vəzifəsindən uzaqlaşdırmaq qeyri-mümkündür və bu məsələ yalnız məhkəmələr müstəvisində həll oluna bilər. O, həmkarının hər zaman maliyyəyə və hakimiyyətə meyilli olduğunu iddia edib.
Xatırladaq ki, cari ilin iyun ayında Mişel Platini Parisdəki vəkilləri vasitəsilə Canni İnfantinoya və digər beş İsveçrə futbol rəsmisinə qarşı cinayət işi qaldırıb. Sabiq funksioner həmin şəxsləri on ill əvvəl FİFА prezidenti postunu tutmasına mane olmaq məqsədilə saxta ittihamlar irəli sürməkdə və səlahiyyətlərdən sui-istifadədə ittiham edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net