Menyu

Prezident İlham Əliyev Qırğızıstana səfər edib - YENİLƏNİB

Operativ Media
Prezident İlham Əliyev Qırğızıstana səfər edib - YENİLƏNİB
1 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

Operativ Media xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.

***

09:38

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qırğızıstana səfər edəcək.

Operativ Media xəbər verir ki, sabah Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası və "ŞƏT Plus" formatında Zirvə Görüşü keçiriləcək.

Tədbirdə iştirak edəcək ölkə rəhbərlərinin siyahısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Monqolustan, Belarus, İran, Ermənistan, Rusiya, Hindistan, Çin və.s liderlərinin adı qeyd olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər