Menyu

Muxtar Babayev: Xəzər dənizində suyun səviyyəsinin enməsi region üçün narahatlıq doğurur

Operativ Media
Muxtar Babayev: Xəzər dənizində suyun səviyyəsinin enməsi region üçün narahatlıq doğurur

Xəzər dənizinin səviyyəsinin enməsi hər keçən il region üçün daha böyük narahatlıq mənbəyinə çevrilir.

Operativ Media xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində bildirib.

O qeyd edib ki, Azərbaycan bu problemi regional və beynəlxalq gündəlikdə ön plana çıxarmaq, eləcə də Xəzəryanı dövlətlər arasında dialoqu gücləndirmək istiqamətində ardıcıl addımlar atır:

“Bizim əsas vəzifəmiz ortaq suların gərginlik mənbəyinə deyil, sabitlik və birgə rifahın hərəkətverici qüvvəsinə çevrilməsini təmin etməkdir. Azərbaycan üçün iqlim dəyişikliyi gündəliyi ən yüksək səviyyədə siyasi diqqət mərkəzindədir”.

M.Babayev əlavə edib ki, iqlim dəyişikliyinin yaratdığı təhlükələr xüsusilə həssas və az inkişaf etmiş ölkələr üçün daha kritik xarakter daşıyır.

Qeyd edək ki, BMT-nin Dördüncü İqlim Həftəsi Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 11-dək Bakıda davam edəcək. Tədbirdə iqlim qərarlarının icrası, enerji keçidi və COP31-ə hazırlıq məsələləri müzakirə olunur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər