Hicran Hüseynova: Azərbaycanda süni intellektlə bağlı yeni hüquqi mexanizmlər formalaşır
“Azərbaycanda süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə birbaşa həsr olunmuş xüsusi və izolyasiya edilmiş qanun layihəsi hələlik mövcud deyil. Lakin ölkənin rəqəmsal transformasiya strategiyası, informasiya təhlükəsizliyi və fövqəladə halların idarə edilməsi çərçivəsində bu sahəni tənzimləyən ümumi hüquqi mexanizmlər və çağırışlar formalaşmaqdadır”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, Milli Strategiyalar və İnstitusional Baza mövcuddur:
“Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib.
Rəqəmsal İnkişaf Şurası yaradılıb. Bildiyiniz kimi, qurumun sədri Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır.
Ölkədə Süni İntellekt texnologiyalarının tətbiqi, o cümlədən dövlət idarəçiliyində və proqnozlaşdırma sistemlərində rəqəmsal həllərin genişləndirilməsi müvafiq yol xəritələri ilə tənzimlənir.
Azərbaycanın beynəlxalq təşkilatların, məsələn, BMT-nin "Hər kəs üçün erkən xəbərdarlıq" təşəbbüsü uyğunluq çağırışlarına qoşulması fonunda, gələcəkdə kritik infrastruktur və təhlükəsizlik sektorunda Sİ tətbiqlərini tənzimləyən normativ bazanın gücləndirilməsi gözlənilir”.
dəqiqələr içində saytın olsun.