WMO rəhbəri: Himalaydan Qafqaza qədər buzlaqlar geri çəkilir
Himalaydan Qafqaza qədər buzlaqların geri çəkilməsi davam edir və süni intellekt onların monitorinqi və erkən xəbərdarlıq sistemlərinin inkişafında mühüm rol oynaya bilər.
Operativ Media xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi, professor Celeste Saulo “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən panelə videomüraciətində deyib.
O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi süni intellektin imkanlarından istifadə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, investisiyaların artırılması və potensialın inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilməlidir.
Celeste Saulo qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsindən Antalyada keçiriləcək COP31-ə qədər iqlim sahəsində müzakirələrdən konkret fəaliyyətə keçmək vacibdir.
“Çünki itirəcək bir dəqiqəmiz belə yoxdur. Dünyanın hər yerində insanlar daha yaxşı nəticələr əldə etməyimizi gözləyirlər”, – deyə WMO rəhbəri vurğulayıb.
dəqiqələr içində saytın olsun.