Menyu

"Bayer" Benzemanın transferi ilə bağlı iddialara cavab verib

Operativ Media
"Bayer" Benzemanın transferi ilə bağlı iddialara cavab verib

“Bayer”in idman direktoru Simon Rolfes komandanın fransalı hücumçu Kərim Benzemanı transfer etmək niyyətində olduğu barədə yayılan məlumatı təkzib edib.

Operativ Media xəbər verir ki, Rolfes Almaniyanın “Bild” nəşrinə açıqlamasında klubun transfer gündəmi ilə bağlı qısa cavab verib: “Heyətimiz komplektləşdirilib”.

Əlcəzairli jurnalist İlyes Kəddurinin məlumatına görə, 38 yaşlı Benzema “Bayer”ə keçidlə maraqlanır və bu məsələni hazırda Almaniya klubunda çıxış edən sabiq komanda yoldaşları Musa Diabi və Lukas Vaskeslə də müzakirə edib.

Benzemanın sosial şəbəkələrdən birində “Bayer”in rəsmi hesabını izləməyə başlaması da transfer iddialarını gücləndirib. Bu addım azarkeşlər arasında onun Almaniya klubuna keçə biləcəyi ilə bağlı ehtimallara səbəb olub.

Qeyd edək ki, Benzema 2026-cı ilin avqustunda “Əl-Hilal”ı tərk edib. Onun Səudiyyə Ərəbistanı liqası ilə 2030-cu ilə qədər qüvvədə olan səfirlik müqaviləsi var. Razılaşmaya əsasən, futbolçu Saudi Pro League-in tədbirlərində iştirak etməlidir. Bu öhdəlik onun Avropa klubunda çıxışına maneə yarada bilər.

Məlumata görə, futbolçunun nümayəndələri Avropaya qayıdışını mümkün etmək üçün həmin müqavilənin şərtlərinə yenidən baxılması və ya yumşaldılması üzərində çalışırlar.

Benzema 2025-ci ildən “Əl-Hilal”da çıxış edib. O, 2025/26 mövsümündə 13 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” sabiq Fransa millisinin üzvünün transfer dəyərini 5 milyon avro qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər