Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Operativ Media
Bu gün saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.
Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə isə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net