Menyu

"Qarabağ"ın sabiq hücumçusu Kolumbiya millisinə çağırılıb

Operativ Media
"Qarabağ"ın sabiq hücumçusu Kolumbiya millisinə çağırılıb

“Qarabağ”ın keçmiş hücumçusu Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya milli komandasına çağırılıb.

Operativ Media xəbər verir ki, hazırda Şotlandiya təmsilçisi “Seltik”in şərəfini qoruyan 24 yaşlı forvardın yığmaya dəvət alması baş məşqçi Martin O’Nil tərəfindən təsdiqlənib.

​Klub çalışdırıcısı futbolçunun səhhətinin yaxşı olduğunu və heç bir zədəsinin olmadığını bildirib. O, Duranın UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Macarıstanın “Ferentsvaroş” klubuna qarşı keçiriləcək qarşılaşmada meydana çıxa biləcəyini diqqətə çatdırıb.

​Xatırladaq ki, idmançının həftənin çərşənbə günü komanda məşqində görünməməsi azarkeşlər arasında suallar doğurmuşdu. Lakin Martin O’Nil bu duruma aydınlıq gətirərək hücumçunun London şəhərinə səfər etdiyini açıqlayıb. Səfərin səbəbi isə millidən gələn ilk dəvətlə əlaqədar Böyük Britaniya vizası ilə bağlı sənədləşmə işlərini yekunlaşdırmaq olub.

​Məlumat üçün qeyd edək ki, Ağdam klubundan “Seltik”ə transfer olunan latın amerikalı oyunçu qısa müddətdə yeni komandasının əsas simalarından birinə çevrilib. O, Şotlandiya klubunun heyətində çıxış etdiyi ilk 10 matçda 6 dəfə rəqib qapısına yol tapıb və komanda yoldaşlarına 3 məhsuldar ötürmə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər