Menyu

Ağcəbədidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Operativ Media
Ağcəbədidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Ağcəbədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məlum olub ki, maye qazdoldurma məntəqəsində quraşdırılmış 2 ədəd maye qaz çəninin üzərində olan qoruyucu klapanların dövri yoxlaması aparılmayıb, həmçinin sözügedən çənlərin texniki baxışı keçirilməyib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər