Menyu

Messi 49-cu titulunu “İnter Mayami” ilə qazanıb

Operativ Media
Messi 49-cu titulunu “İnter Mayami” ilə qazanıb

“İnter Mayami” “Kruz Asul”u 2:0 hesabı ilə məğlub edərək Kampiones Kubokunun qalibi olub.

Operativ Media xəbər verir ki, sentyabrın 17-də keçirilən qarşılaşmada “İnter Mayami”nin kapitanı Lionel Messi komandasının heyətində 5-ci titulunu əldə edib.

Messinin “İnter Mayami” ilə qazandığı digər titullar 2023-cü ildə Liqa Kuboku, 2024-cü ildə MLS Supporters’ Shield, 2025-ci ildə MLS Kuboku və Şərq Konfransının çempionluğudur.

Bu uğur argentinalı futbolçunun karyerasında qazandığı titulların sayını 49-a çatdırıb. Messi “Barselona” ilə 35, PSJ ilə 3, Argentina millisi ilə isə 6 titul əldə edib.

Messinin “Barselona” ilə qazandığı 35 titulun 10-u La Liqa, 8-i İspaniya Superkuboku, 7-si İspaniya Kuboku, 4-ü Çempionlar Liqası, 3-ü UEFA Superkuboku və 3-ü klublararası dünya çempionatıdır.

PSJ ilə 3 titul qazanan Messi Fransa çempionatında 2 dəfə, Fransa Superkubokunda isə 1 dəfə qalib olub. Argentina ilə isə dünya çempionluğu (2022), Amerika Kuboku (2021, 2024), Finalissima (2022), Olimpiya Oyunları (2008) və gənclər arasında dünya çempionluğu (2005) əldə edib.

Messi qazandığı titulların sayına görə futbol tarixinin rekordçusudur. Bu siyahıda ikinci pillədə 45 titulla Dani Alves qərarlaşıb. Braziliyalı futbolçu bu uğurlara “Barselona”, “Yuventus”, PSJ və Braziliya millisində çıxış etdiyi dövrdə nail olub.

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun hesabında isə 35 titul var və o, tarixi sıralamada 10-cu yerdədir.

Messi 2023-cü ilin iyulunda “İnter Mayami”yə keçib. Klub 2025-ci ilin yayında argentinalı hücumçu ilə müqaviləni daha 3 il müddətinə uzadıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər