“Qlobal Koreya” təqaüd proqramı ilə Koreyada təhsil imkanı təklif olunur
Koreya Respublikası 2027-ci il üzrə bakalavriat səviyyəsində təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün “Qlobal Koreya” (Global Korea Scholarship – GKS) təqaüd proqramını elan edir.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Proqrama müraciətlər 30 sentyabr 2026-cı il tarixinədək www.studyinkorea.go.kr səhifəsi vasitəsilə qəbul edilir.
Səfirliyin birinci seçim mərhələsindən keçən namizədlər onlayn ərizə formalarının imzalanmış çap variantlarını və tələb olunan təsdiqedici sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Proqramda iştirak şərtləri, tələb olunan sənədlər və müraciət qaydası barədə ətraflı məlumat üçün elan mətninə keçid edə bilərsiz.
dəqiqələr içində saytın olsun.