Menyu

“Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb

Operativ Media
“Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tərəfindən tələbə qızların təhsil və şəxsi inkişafına dəstək məqsədilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb.

Fonddan Operativ Media-ya verilən məlumata görə, proqram çərçivəsində seçiləcək 50 tələbə qıza aylıq 200 manat təqaüd veriləcək. Bununla yanaşı, iştirakçılar peşəkar və şəxsi inkişaflarına töhfə verəcək müxtəlif imkanlardan yararlanacaqlar. Proqram iştirakçıları təcrübə, mentorluq və təlimlərə, həmçinin “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış əldə edəcəklər.

Proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Parla” Məzunlar İcması yaradılıb. İcmanın yaradılması proqram iştirakçıları üçün məzun olduqdan sonrakı dövrdə də inkişaf, əməkdaşlıq və şəbəkələşmə imkanlarının davamlı şəkildə dəstəklənməsinə xidmət edir. İcma çərçivəsində müxtəlif təlimlər, mentorluq görüşləri, peşəkar inkişaf sessiyaları və şəbəkələşmə tədbirləri keçirilir.

Növbəti mərhələyə keçən namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibə zamanı namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti və digər meyarlar nəzərə alınır.

Yekun seçim zamanı müsahibədə göstərilən nəticə əsas götürülür.

Proqram çərçivəsində müəyyən edilmiş ixtisasların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Müraciət tarixi oktyabrın 4-də başa çatacaq.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər “Parla” proqramına müraciət edə bilməzlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər