Menyu

Yohann Vadeful: Azərbaycan Qafqazda aparıcı rol oynayır

Nərmin Qocamanlı
Yohann Vadeful: Azərbaycan Qafqazda aparıcı rol oynayır
1 dəq oxu

Azərbaycan Qafqazda aparıcı rol oynayır. Azərbaycan ilə Almaniya arasında sıx əməkdaşlığın inkişafı vacibdir.

Operativ Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Qafqaz regionu Şərqi Avropa üçün imkanlar regionudur və bu baxımdan Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada iqtisadi vəziyyət və enerji təchizatının təhlükəsizliyi risk altındadır.

Yohann Vadeful bildirib ki, belə bir şəraitdə enerji təchizatı mənbələrinin şaxələndirilməsi, yeni təchizat mənbələrinin əldə edilməsi və etibarlı tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi vacibdir.

O, Azərbaycanın etibarlı tərəfdaşlardan biri olduğunu qeyd edərək, bu istiqamətdə Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Əlaqəli Xəbərlər