Menyu

Almaniya Azərbaycan-Ermənistan sülh prosesini və regional əlaqələri dəstəkləyir

Nərmin Qocamanlı
Almaniya Azərbaycan-Ermənistan sülh prosesini və regional əlaqələri dəstəkləyir
1 dəq oxu

Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesinin yekunlaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Operativ Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Yohann Vadeful Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında bağlantıların inkişafında mühüm tərəfdaş olduğunu bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız avtomobil yolları və nəqliyyat əlaqələrini deyil, elektrik enerjisi və rəqəmsal infrastrukturu da əhatə edir.

“Burada böyük imkanlar görürəm. Bunu həm gələcək, həm də Mərkəzi Avropa üçün qarşılıqlı faydalı vəziyyət hesab edirəm. Bu istiqamətdə çox intensiv işləmək istəyirik”, – deyə o bildirib.

Almaniyalı nazir Avropa Komissiyasının da regionla əməkdaşlığın genişləndirilməsində və konkret nəticələrin əldə olunmasında maraqlı olduğunu qeyd edib.

O, yeni nəqliyyat bağlantılarının Azərbaycan və Ermənistan arasında uğurlu sülh prosesinə dəstək verəcəyini vurğulayıb. Bildirib ki, onilliklər davam edən münaqişə, əzablar, qaçqınlıq və məcburi köçkünlükdən sonra nəhayət, sülh üçün imkan yaranıb.

Yohann Vadeful tərəflərin ötən il irəli sürülən təkliflərdən tarixi fürsət kimi istifadə etməsini yüksək qiymətləndirib və sülh müqaviləsinin imzalanması üçün qalan işlərin tamamlanmasının vacibliyini diqqətə çatdırıb.

Əlaqəli Xəbərlər