Menyu

Yohann Vadeful: İran ətrafında gərginliyin azaldılması mühüm əhəmiyyət daşıyır

Nərmin Qocamanlı
Yohann Vadeful: İran ətrafında gərginliyin azaldılması mühüm əhəmiyyət daşıyır
1 dəq oxu

İran ətrafında və bütövlükdə regionda gərginliyin azaldılması, xüsusilə Xəzər dənizində deeskalasiyanın təmin olunması mühüm əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, münaqişənin hərbi yolla eskalasiyası təkcə regionu deyil, bütövlükdə dünya iqtisadiyyatını və beynəlxalq nizamı ciddi şəkildə sarsıda bilər.

“Buna görə də Tehran rəhbərliyinə açıq və təcili çağırış edirik ki, danışıqlara vahid mövqe ilə yanaşmağın və real danışıqlara hazır olmağın vacibliyini anlasın”, – deyə nazir bildirib.

Yohann Vadeful vurğulayıb ki, İran rəhbərliyi təkcə öz ölkəsinin deyil, Xəzər dənizi regionu da daxil olmaqla, bütün bölgənin məsuliyyətini daşıyır və daha geniş eskalasiyanın qarşısının alınması üçün addımlar atmalıdır.

Nazirin sözlərinə görə, Almaniya sabitliyə və dialoqa əsaslanan, beynəlxalq qaydaların qorunduğu nizamın tərəfdarıdır.

Əlaqəli Xəbərlər