Menyu

“X” valideyn nəzarəti funksiyasını istifadəyə verib

Operativ Media
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verib
1 dəq oxu

"X" 13-17 yaşlı yeniyetmələr üçün yeni valideyn nəzarəti funksiyalarını istifadəyə verib.

Operativ Media xəbər verir ki, valideynlər övladlarının X-də keçirdiyi vaxtı izləyə və gündəlik istifadə limiti təyin edə biləcəklər.

Bundan başqa, məzmun tövsiyələri və videoların yeniyetmələrin izlədiyi hesablarla məhdudlaşdırılması, müəyyən sözlərin filtrlənməsi, həssas media məzmununun bloklanması mümkün olacaq.

Valideynlər övladlarının şəxsi mesajlarını oxuya, axtarış və baxış tarixçəsini görə, onların adından paylaşım edə və hesablarına daxil ola bilməyəcəklər.

Əlaqəli Xəbərlər