Menyu

"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin hücumçusu ilə maraqlanır

Operativ Media
"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin hücumçusu ilə maraqlanır
1 dəq oxu

İtaliyanın bir neçə klubu Azərbaycanın U-21 millisinin və “Sampdoriya”nın gənc hücumçusu Lorenso Mezzoteronun çıxışlarını diqqət mərkəzində saxlayır.

Operativ Media xəbər verir ki, bu barədə insayder Nikolo Şira X hesabında məlumat yaylb.

Bildirilib ki, “İnter”, “Yuventus”, “Napoli”, “Fiorentina”, “Komo”, “Sassuolo” və “Monza” 2008-ci il təvəllüdlü futbolçunun oyununu izləyir.

Mezzotero son 4 qarşılaşmada 4 qol vurub. Adıçəkilən klubların skautları son həftələrdə gənc hücumçunu canlı izləmək üçün “Sampdoriya”nın oyunlarında iştirak ediblər.

Əlaqəli Xəbərlər