Menyu

Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar bir nəfər saxlanılıb

Operativ Media
Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar bir nəfər saxlanılıb
1 dəq oxu

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Xatırladaq ki, axşam saatlarında aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirib.

Əlaqəli Xəbərlər