Menyu

Fidan gürcüstanlı həmkarı ilə matç zamanı yaşananları müzakirə edib

Operativ Media
Fidan gürcüstanlı həmkarı ilə matç zamanı yaşananları müzakirə edib
1 dəq oxu

Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə UEFA Avropa Liqasının əsas mərhələsində Gürcüstanda keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması zamanı yaşananları müzakirə edib.

Operativ Media xəbər verir ki, Fidan Boçorişvili ilə stadiondakı Türkiyə vətəndaşlarının vəziyyəti barədə fikir mübadiəsi aparıb.

Qeyd edək ki, "Batumi Arena"da təşkil olunan matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb. 

Polisin azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. 25-ci dəqiqədə dayandırılan matç sonradan bərpa edilib.

Əlaqəli Xəbərlər