Menyu

Sabah qaz olmayacaq

Operativ Media
Sabah qaz olmayacaq
1 dəq oxu

Sabah saat 09:30-dan işlər yekunlaşanadək Qax rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Operativ Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 27.11.2026-cı il tarixində saat 09:30-dan işlər yekunlaşanadək Qax rayonunun Tasmalı, Zəyəm, Qarabaldır, Şotavar, Qorağan, Almalı, Dəymədağlı, Cəlayer, Qıpçaq, Qaysarlı, Qaratala, Uzuntala və Kötüklü kəndlərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Əlaqəli Xəbərlər