Menyu

Naxçıvanda qəzada beş nəfər xəsarət alıb

Operativ Media
Naxçıvanda qəzada beş nəfər xəsarət alıb
1 dəq oxu

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, "Changan" və "AZSamand" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Mehman Qənbər oğlu Qənbərov, 1988-ci il təvəllüdlü Anar Asəf oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Əsəd oğlu Şirinov, 1991-ci il təvəllüdlü Nərmin İsmayıl qızı Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Hidayət qızı Qənbərova xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər