Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdədir.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Hava limanında onu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb. Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidməti xəbər verir ki, bu gün baş nazir İrakli Qaribaşvili ilə görüş planlaşdırılır.
***
12:23
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.
"Operativ Media" xəbər verir ki, Gürcüstanın hökumət administrasiyasının yaydığı məlumata görə, Paşinyanın səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcəyi planlaşdırılır.