http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub

07 İyul 2023 , 17:20
Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub

Albaniya Respublikasının birinci xanımı Armanda Beqay iyulun 7-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

"Operativ Media" xəbər verir ki, muzeydə qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Daha sonra Albaniyanın birinci xanımı Armanda Beqay muzeydə yerləşən “Zərgərlik fondu” ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.

Muzeylə tanışlıqdan sonra qonağa xatirə hədiyyələri təqdim olunub.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu Albaniyanın birinci xanımında xoş təəssürat yaradıb.

OXŞAR XƏBƏRLƏR
Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır

Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

XƏBƏR LENTİ
  • 11:25

    "Qatar Airways" Livandakı vəziyyətlə əlaqədar Beyruta uçuşları müvəqqəti dayandırıb
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
Menyu