http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Serj Sarkisyan: Çıxış yolu hakimiyyətin dəyişməsidir

07 İyul 2023 , 17:42
Serj Sarkisyan: Çıxış yolu hakimiyyətin dəyişməsidir

Ermənistanın eks prezidenti Serj Sarkisyan sülh danışıqları ilə bağlı açıqlama verib.

"Operativ Media" xəbər verir ki, Ermənistan mediasına danışan Serj Sarkisyan çıxış yolu kimi hakimiyyətin dəyişməli olduğunu bildirib.

"Vəziyyətin ümidsiz olduğunu düşünmürəm, danışıqlar aparanlar dəyişsə, vəziyyət dəyişə bilər. Bu aydındır. Dünən Vardan Oskanyanın təkliflərini çox diqqətlə dinlədim. Vardan Oskanyanın dedikləri məntiqlidir və həyata keçirilə bilər. Təbii ki, vəziyyət asan deyil, çoxlu çətinliklər, böyük problemlər var, lakin mən bunu ümidsiz vəziyyət hesab etmirəm” -deyə Sarkisyan bildirib.

Onun fikrincə, ən yaxşı həll hakimiyyətin dəyişməsi olardı. “Amma onlar həqiqətən də Vardan Oskanyanın rəhbərlik etdiyi qruplaşmanın işə başlayacağı, qalanlarının isə sadəcə susacağı ilə razılaşa bilsələr, bu, reallaşa bilər. Baxmayaraq ki, mən hesab etmirəm ki, bu adamlar belə bir razılaşmaya qadirdirlər”, - eksprezident qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR
Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
  • 10:14

    Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
  • 10:10

    İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib
  • 10:05

    Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
  • 09:51

    Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
  • 09:40

    İsrailin şimalında yenidən hava hücumu sirenləri səslənib
  • 09:35

    KİV: Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb
  • 09:35

    Serbiyada "Partizan" azarkeşləri baş məşqçiyə xəsarət yetirdilər
Menyu