Rusiya sülhməramlılarının Azərbaycan bayrağına hörmətsizlikdə məqsədi nə idi?
"Rusiya konkret Qarabağdakı seperatçılardan Azərbaycan və Ermənistan əleyhinə istifadə etməkdə maraqlıdır".
Bunu "Operativ Media"ya açıqlamasında politoloq Əziz Əlibəyli bildirib.
Əziz Əlibəylinin sözlərinə görə, Rusiya hazırki status kvonu saxlamaqla gələcəkdə silahlı mexanizmlərlə təsir etməyi düşünür. Ermənistan da öz növbəsində oradakı ermənilər etnik mənsubiyyətlərini nəzərə alıb təsir vasitəsi kimi baxır.
"Azərbaycanın özünün sərhəd xəttini yüz ildə ilk dəfə tamamlaması və Laçın yoluna sərhəd buraxılış məntəqəsini quraşdırması ilə belə görünür, Rusiyanın da planlamasını böyük ölçüdə pozdu. Bu yaxınlarda Azərbaycan bayrağının hədəfə alınması və Azərbaycan ordusunun mənsubunun yaralanmasının da cavabı çox ağır oldu. Prezident İlham Əliyev Rusiya başda olmaqla digər dövlət başçılarına da konkret mövqe nümayiş etdirdi. Laçın nəzarət buraxılış məntəqəsə 15 gün ərzində bağlı qaldı. Kim aça bilərdi? Hansı güc aça bilərdi? Heç kim.
Politoloqun fikrincə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan bayrağına edilən hörmətsizlik sülh danışıqları yolunda əldə edilən uğurların qısqanclığıdır.
"Hazırda Vaşinqton mərhələsi yaşanır, görüşlər gedir. Həmin görüşlər Azərbaycanın birmənalı şəkildə hədəflərinə uyğundur. Görünür bu da Rusiyanın canını sıxmaqdadır. Çünki Moskva raundunda uğurlar əldə olunmur. Lakin Qərbdə Azərbaycan mövqelərini uğurla müdafiə edə bilir. Həm də xırda detal kimi bayrağı götürsək də, 10 noyabr razılaşmasının 4 -cü bəndinin reallaşdırılmaması da bu planın tərkib hissəsidir. Amma Azərbaycan 2025-ci ildə prosesləri başa çatdırmaqda maraqlıdır" - deyə Əziz Əlibəyli bildirib.