19 Noyabr 2023, 14:12
Astarada qanunsuz ov edən şəxslər aşkarlanıb
Astarada qanunsuz ov edən şəxslər aşkarlanıb şəkil
Astarada qanunsuz ov edən şəxslər aşkarlanıb

Astarada ağaclara tor qurmaqla qanunsuz ov edən şəxslər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Rüdəkənar kəndi ərazisində 4 nəfər rayon sakini A.Həsənov, E.Kazımov, K.Rzayev və C.Kazımovun qanunsuz ov etdikləri aşkarlanıb.

Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara RPŞ-də araşdırma aparılır.

Son xəbərlər
İsrail Tehranda bir sıra strateji əhəmiyyət daşıyan hədəfləri vurub
Ərdoğan: Gərginliyi dayandırmaq üçün diplomatik səylər ortaya qoyuruq
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib