Menyu

Apple App Store-da dəyişikliklərə hazırlaşır

Nərmin Qocamanlı
Apple App Store-da dəyişikliklərə hazırlaşır

Apple-da App Store-un Avropa və dünyanın qalan hissəsi üçün ayrı iki versiyası olacaq

"Operativ Media"  ferra.ru-ya istinadən xəbər verir ki, son məlumatlara görə, şirkət cihazı iki ayrı versiyaya bölməyi planlaşdırır: biri Avropa İttifaqı, digəri isə dünyanın qalan hissəsi üçün nəzərdə tutulub.

Bu qərar Rəqəmsal Bazar Aktı (DMA) kimi tanınan yeni Aİ qanunvericiliyinin tezliklə qüvvəyə minməsinə cavabdır.

DMA  Apple, Google və Amazon kimi böyük texnoloji şirkətləri hədəf alır və onlardan bazarın üstünlüyündən sui-istifadə etməməyi və ya rəqibləri sıxışdırmamağı tələb edir.

Bu tələblərin pozulması şirkətin illik dövriyyəsinin 10%-i qədər cərimə ilə nəticələnə bilər.

DMA-nın əsas cəhəti onun müxtəlif ani mesajlaşmalar və proqramlar arasında uyğunluğu təmin etmək və istifadəçilərə üçüncü tərəf mənbələrindən proqramlar quraşdırmaq imkanı verməkdir.

Apple bu tələbləri martın 7-dək yerinə yetirməlidir.

Teqlər:

"Apple App Store-da d\u0259yi\u015fiklikl\u0259r\u0259 haz\u0131rla\u015f\u0131r"

Əlaqəli Xəbərlər