Menyu

Qarlı, buzlu yollarda avtomobillərə dəyən zərəri sığorta şirkəti hansı halda qarşılamır?

Redaksiya
Qarlı, buzlu yollarda avtomobillərə dəyən zərəri sığorta şirkəti hansı halda qarşılamır?

Son 3 gündür ki, yağan qar səbəbindən paytaxt yollarında, eləcə də bölgələrdə 100-dən çox yol nəqliyyat hadisəsi baş verib. Qəzaların əksəriyyəti avtomobillərin sürüşməsi səbəbindən olduğundan zərərin qarşılanmasında bir sıra mübahisələr yaranır. Bəs hansı hallarda sığorta şirkəti dəyən zərəri qarşılamaya bilər?

“Operativ Media”ya açıqlama verən Vəkillər Kollegiyasının üzvü Tural Şükürov deyir ki, qanunvericilikdə sığorta şirkətlərinin öhdəlikləri aydın şəkildə qeyd edilib. İcbari sığortası olan avtomobil sahibi yalnız istisna hallarda dəyən ziyanı tələb edə bilməz.

“Yol hərəkəti haqqında qanunun 50-ci maddəsində göstərilib ki, sürücü hərəkətin intensivliyini, yükün xüsusiyyətlərini, nəqliyyat vasitəsinin vəziyyətini, yol və meteoroloji şəraiti, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan vəziyyətdə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma halına qədər çatana kimi mümkün olan bütün tədbirləri görməlidir. Qarlı, buzlu havada da sürücü bu maddənin tələblərini nəzərə almaqla nəqliyyat vasitəsini idarə etməlidir. O cümlədən, nəqliyyat vasitəsinin texniki göstəricilərini də yoxlamalıdır. Ümumiyyətlə, qarlı havaya görə sığorta kompensasiyasının verilməməsinin heçbir əlaqəsi yoxdur. Sürücü yol hərəkətinin iştirakçısıdırsa, ona mütləq kompensasiya ödənməlidir”.

Vəkilin sözlərinə görə, yalnız bir halda sığorta şirkəti dəyən ziyanı qarşılamaya bilər:

“Burulğan, qasırğa nəqliyyat vasitəsini qaldırıb başqa maşına vursa, bu halda sığorta şirkəti zərəri ödəməyə bilər. Çünki bu, qarşısıalınmaz qüvvənin təsirindən yaranmış bir hadisədir. Qarşısıalınmaz hadisənin təsirindən ziyan dəydikdə icbari sığorta bu ödənişi qarşılamır. Bu hal ümumiyyətlə bizim region üçün xarakterik deyil”.

Teqlər:

"Qarl\u0131 buzlu yollarda avtomobill\u0259r\u0259 d\u0259y\u0259n z\u0259r\u0259ri s\u0131\u011forta \u015firk\u0259ti hans\u0131 halda qar\u015f\u0131lam\u0131r?"

Əlaqəli Xəbərlər