Menyu

Lukaşenko Rusiyaya səfərə gedib

Nərmin Qocamanlı
Lukaşenko Rusiyaya səfərə gedib

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

"Operativ Media" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, dövlət başçısı Leninqradın faşist blokadasından azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Sankt-Peterburqda İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası da keçiriləcək. Bundan əlavə, Belarus və Rusiya Federasiyasının liderləri ikitərəfli danışıqlar aparacaqlar.

İki ölkə başçısı Belarusla Rusiyanın qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərini nəzərdən keçirəcək və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Teqlər:

"Luka\u015fenko Rusiyaya s\u0259f\u0259r\u0259 gedib"

Əlaqəli Xəbərlər