Menyu

ABŞ Yunanıstana 40 ədəd F-35 təyyarəsinin satışını təsdiqləyib

Nərmin Qocamanlı
ABŞ Yunanıstana 40 ədəd F-35 təyyarəsinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışından sonra Yunanıstana da 40 ədəd F-35 qırıcısının satışını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi açıqlama verib.

"Dövlət Departamenti Yunanıstan hökumətinə təxmini dəyəri 8,6 milyard dollar olan F-35 təyyarələri və əlaqədar avadanlıqların satışını təsdiqləməyə qərar verib”, - açıqlamada qeyd olunub.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə tövsiyə edilən satışın Yunanıstanın Hərbi Hava Qüvvələrini modernləşdirməsinə, müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına, regional təhlükəsizliyin qorunmasında NATO missiyalarına töhfə verəcəyinə, NATO müttəfiqlərinin müdafiəsinə və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı davam etdirməsinə kömək edəcəyi bildirilib.

Açıqlamada F-35-lərin Yunan Hərbi Hava Qüvvələrinin F-4 və Mirage 2000 kimi köhnəlmiş təyyarələrini əvəz edəcəyi qeyd edilib.

Yunanıstan ABŞ-dan ümumilikdə 40 beşinci nəsil döyüş təyyarəsi, mühərriklər, rabitə avadanlığı, logistika, təlim və dəstək sistemləri və ehtiyat hissələri tələb edib.

Təxminən 8,6 milyard dollarlıq satışı başa çatdırmaq üçün Konqres ABŞ administrasiyasının təqdim etdiyi satış bildirişinə etiraz etməməlidir.

ABŞ Konqresinin satışı nəzərdən keçirmək üçün 15 gün vaxtı var. Bu müddət ərzində etiraz olmasa, satışa heç bir maneə yoxdur.

Müvafiq qanuna görə, Konqres NATO-ya üzv ölkələr üçün 15 gün ərzində, NATO-ya daxil olmayan ölkələr üçün isə 30 gün ərzində öz qiymətləndirməsini verməlidir.

Qeyd edək ki, Yunanıstan 2022-ci ilin fevralında F-35-lərin alınması üçün ABŞ-a müraciət edib.

Teqlər:

"AB\u015e Yunan\u0131stana 40 \u0259d\u0259d F-35 t\u0259yyar\u0259sinin sat\u0131\u015f\u0131n\u0131 t\u0259sdiql\u0259yib"

Əlaqəli Xəbərlər