Ukrayna və Litva birgə birgə PUA istehsal etməyi planlaşdırır
Nərmin Qocamanlı
Ukrayna və Litva birgə pilotsuz uçuş aparatları (PUA) istehsal etməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba Kiyevdə litvalı həmkarı Qabrielus Landsberqis ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Litva lazımi texnologiyaya malikdir: “Bizim istehsalı genişləndirmək imkanımız var. Bu, müzakirəmizin əsas mövzusu idi”.
Nazir qeyd edib ki, Ukrayna-Litva əməkdaşlığı əməkdaşlığının ən qısa vaxtda maksimum nəticə verməsi üçün işlər görülür.
Teqlər:
"Ukrayna v\u0259 Litva birg\u0259 birg\u0259 PUA istehsal etm\u0259yi planla\u015fd\u0131r\u0131r"