Tayvanın müstəqilliyi Çin və ABŞ arasında böyük problemə çevrilib
Nərmin Qocamanlı
Tayvanın müstəqilliyi məsələsi Çin və ABŞ arasında münasibətlərin inkişafı üçün ən böyük problemə çevrilib.
"Operativ Media" xəbər verir ki, bunu Banqkokda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə Çinin xarici işlər naziri Van İ deyib.
"Tayvanın müstəqillik problemi Tayvan boğazında sülh və sabitlik üçün ən böyük riskdir. Bu həm də Çin-Amerika münasibətləri üçün ən böyük problemdir", - deyə Van İ qeyd edib.
Onun sözlərinə görə, Çin və ABŞ arasında münasibətlər bərabər olmalı, iqtisadi və təhlükəsizlik problemləri fərqləndirilməlidir.