Menyu

Rusiya XİN: Ukrayna aktivlərimizi oğurlamaq istəyir

Rusiya XİN: Ukrayna aktivlərimizi oğurlamaq istəyir

Ukrayna Rusiyanın bu ölkədə olan ümumi dəyəri 2 milyard dollardan çox aktivlərini oğurlamağı planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.

Diplomat qeyd edib ki, Ukrayna tərəfi Rusiyanın iki An-148 sərnişin təyyarəsini müsadirə etmək istəyir: "Bu da gizli oğurluqdur. Kiyevin planları bununla məhdudlaşmır".

O əlavə edib ki, dəyəri 2 milyard dollardan çox olan 688 aktiv, o cümlədən onlarla müəssisə, korporativ hüquqlar, yaşayış və qeyri-yaşayış obyektləri, nəqliyyat vasitələri artıq sanksiyaya məruz qalıb.

Teqlər:

"Rusiya X\u0130N: Ukrayna aktivl\u0259rimizi o\u011furlamaq ist\u0259yir"

Əlaqəli Xəbərlər