Menyu

Cənubi Koreya XİN Ukraynaya silah tədarükü ilə bağlı məlumatları təkzib edib

Cənubi Koreya XİN Ukraynaya silah tədarükü ilə bağlı məlumatları təkzib edib

Koreya Respublikası Ukraynaya öldürücü silahlar vermir, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığa diqqət edir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Yonhap agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını şərh edən adı açıqlanmayan koreyalı diplomat bildirib.

"Xəbərdarlıq etmək istərdim ki, Moskvanın sonrakı hərəkətləri Rusiya ilə Koreya Respublikası arasında münasibətlər üçün böyük əhəmiyyət kəsb edəcək", - deyə Cənubi Koreyalı diplomat bildirib. 

O, Seulun mövqeyini təkrarlayıb ki, silah ticarəti, KXDR-dən ballistik raketlər almaq və Pxenyanla hərbi texnologiya sahəsində əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq.

Teqlər:

"C\u0259nubi Koreya X\u0130N Ukraynaya silah t\u0259dar\u00fck\u00fc il\u0259 ba\u011fl\u0131 m\u0259lumatlar\u0131 t\u0259kzib edib"

Əlaqəli Xəbərlər