Şimali Koreya: Yarımadadakı müharibə qlobal nüvə müharibəsinə çevriləcək
"ABŞ-nin təxribatçı hərəkətləri ona gətirib çıxardı ki, Koreya yarımadasında təhlükəsizlik vəziyyəti təhlükəli həddə çatdı. Bu, baş verə biləcək müharibənin "dünya nüvə müharibəsi"nə çevrilməsi perspektivi reallaşdı".
"Operativ Media" xəbər verir ki, bu barədə Koreya Fəhlə Partiyasının əsas nəşri olan "Nodong Sinmun" qəzeti məlumat yayıb.
Pxenyanın fikrincə, Birləşmiş Ştatlar dünyanın hər yerində toqquşmalara səbəb olur və bu hərəkətlər yeni dünya müharibəsinin başlanmasına gətirib çıxarır: "Bu gün Koreya yarımadasında təhlükəsizlik vəziyyəti daha təhlükəli həddə çatır və "müharibə" sözü mücərrəd deyil, real bir anlayışa çevrilir".