Menyu

WP: Pentaqon Konqresin təzyiqi səbəbindən altı Afrika ölkəsi ilə təlimləri ləğv etdi

WP: Pentaqon Konqresin təzyiqi səbəbindən altı Afrika ölkəsi ilə təlimləri ləğv etdi

Pentaqon ABŞ qanunvericilərinin təzyiqi ilə altı Afrika ölkəsi ilə hərbi təlimləri ləğv etməli olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatlar qanunla insan hüquqlarının pozulması və hərbi çevrilişlərin baş verdiyi ölkələrə hərbi dəstək verə bilməz.

Agentlik mənbələrə istinadən bildirir ki, Pentaqon oktyabr ayında ABŞ Konqresinə Burkina Faso, Eritreya, Efiopiya, Mali, Niger və Sudan da daxil olmaqla bir sıra Afrika dövlətləri ilə hərbi təlimlər keçirmək planlarını təqdim edib.

Bununla belə, WP yazır ki, çərşənbə günü ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin (Meriland ştatından olan demokrat) Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostindən "insan hüquqlarını pozan hər hansı bir ölkənin" təlimlərdə iştirak etməməsinə təminat verməsini istəyib. 

Qəzet qeyd edir ki, bu ölkələrin orduları dəfələrlə hərbi çevrilişlərdə, məhkəməsiz edamlarda və kütləvi zorlamalarda iştirak etməkdə ittiham olunublar.

Teqlər:

"WP: Pentaqon Konqresin t\u0259zyiqi s\u0259b\u0259bind\u0259n alt\u0131 Afrika \u00f6lk\u0259si il\u0259 t\u0259liml\u0259ri l\u0259\u011fv etdi"

Əlaqəli Xəbərlər