Menyu

Türkiyədə kilsəyə silahlı hücum olub, ölən var

Türkiyədə kilsəyə silahlı hücum olub, ölən var

Türkiyənin İstanbul şəhərində yerləşən və tarixi italyan kilsəsi olan “Santa Maria”ya silahlı hücum olub.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. 

Qeyd edilib ki, hücum zamanı 1 nəfər ölüb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yayılan məlumatı təsdiqləyib: "Hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib". 

Nazir hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 kils\u0259y\u0259 silahl\u0131 h\u00fccum olub \u00f6l\u0259n var"

Əlaqəli Xəbərlər