Menyu

Qətər İrana öz banklarındakı vəsaitlərinə çıxış imkanı vermək niyyətindədir

Qətər İrana öz banklarındakı vəsaitlərinə çıxış imkanı vermək niyyətindədir

"Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani İranı ölkəsinin Qətər banklarındakı vəsaitlərindən istifadə etməyə imkan verən ABŞ razılaşmasına sadiq qalacağına əmin edib və müvafiq proseslərin davam etdiyini qeyd edib".

"Operativ Media" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Qeyd edilib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Qətərin xarici işlər naziri şənbə günü telefon danışığı zamanı ikitərəfli əlaqələr, o cümlədən Qəzza və bütün regionda baş verən son hadisələr haqqında fikir mübadiləsi aparıblar.

Qətərin xarici işlər naziri Tehran və Doha arasında əlaqələrin genişlənməsini müsbət adlandırıb.

O, həmçinin İranın Qətərdəki aktivlərindən necə istifadə edə biləcəyindən danışıb. Əl Tani qeyd edib ki, ölkəsi və ABŞ mövcud razılaşmaya sadiqdir və İran və Qətərin mərkəzi bankları arasında imzalanmış saziş qüvvəyə minəcək.

Tərəflər Fələstindəki son hadisələri də müzakirə ediblər.

Teqlər:

"Q\u0259t\u0259r \u0130rana \u00f6z banklar\u0131ndak\u0131 v\u0259saitl\u0259rin\u0259 \u00e7\u0131x\u0131\u015f imkan\u0131 verm\u0259k niyy\u0259tind\u0259dir"

Əlaqəli Xəbərlər