Türkiyə lideri: Kilsədəki hücumun səbəbkarları ən qısa zamanda tutulacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Sarıyer şəhərindəki Santa Maria İtalyan kilsəsinə edilən hücumla bağlı kilsə rəsmiləri ilə telefonla danışıb. Ərdoğan bütün ictimaiyyətə başsağlığı verərək, günahkarların tez bir zamanda tutulması üçün lazımi addımların atıldığını deyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin direktoru Fahrettin Altun sosial media hesabında açıqlama yayıb.
O, verdiyi açıqlamada, Prezident Ərdoğanın Santa Maria kilsəsinə hücumla bağlı Sarıyer rayon valisi Ömər Kalaylı, Santa Maria İtalyan Kilsəsi Rahibi Anton Bulai və Polşanın İstanbul Baş Konsulu Witold Lesniak ilə əlaqə saxladığını bildirib.
Fahrettin Altun qeyd edib: "Prezidentimiz bütün ictimaiyyətə başsağlığı verib və cinayətkarların tez bir zamanda tutulması üçün lazımi addımların atıldığını bildirib".
Teqlər:
"T\u00fcrkiy\u0259 lideri: Kils\u0259d\u0259ki h\u00fccumun s\u0259b\u0259bkarlar\u0131 \u0259n q\u0131sa zamanda tutulacaq"