Menyu

Almaniyada qatar stansiyası "şübhəli şəxslər"ə görə təxliyə edilib

Almaniyada qatar stansiyası "şübhəli şəxslər"ə görə təxliyə edilib

"Alman polisi bazar günü Ştutqartın əsas qatar stansiyasında bir neçə "şübhəli şəxsin" müşahidə edildiyi xəbərindən sonra hər kəsi təxliyə etdi; ən azı üç nəfər saxlanılıb". 

"Operativ Media" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Həyəcan siqnalı hüquq-mühafizə orqanlarına təxminən saat 11:00-da (Bakı vaxtı ilə 14:00) daxil olub. Hadisə şahidləri bildiriblər ki, guya əllərində silah olan bir adam görüblər. Hadisə yerinə polis dəstələri və axtarış itləri gətirilib. Qatarların hərəkəti dayandırılıb.

"Vəziyyət nəzarət altındadır", - deyə federal polis sözçüsü qeyd edib. Onun sözlərinə görə, heç bir təhlükə yoxdur. Vağzal binasından təxminən 150 nəfər təxliyə edilib.

"Bild"in məlumatına görə, polis azı üç nəfəri müvəqqəti saxlayıb.

Artıq qatarların hərəkəti bərpa olunub. 

Teqlər:

"Almaniyada qatar stansiyas\u0131 \"\u015f\u00fcbh\u0259li \u015f\u0259xsl\u0259r\"\u0259 g\u00f6r\u0259 t\u0259xliy\u0259 edilib"

Əlaqəli Xəbərlər