Ana səhifə / Dünya / Hakan Fidan ABŞ Dövlət katibinin müavini ilə görüşüb Hakan Fidan ABŞ Dövlət katibinin müavini ilə görüşüb 28.01.2024, 19:13 Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bu ölkənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nuland Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb. Qeyd edək ki, toplantıda ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir. Teqlər: "Hakan Fidan AB\u015e D\u00f6vl\u0259t katibinin m\u00fcavini il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"
11.02.2026, 17:47 Azərbaycan və Serbiya arasında “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib - FOTO