Fransız fermerlər bu gün Parisi traktorlarla mühasirəyə alacaq
Nərmin Qocamanlı
Fransız fermerlər bu gün traktorlarla Parisin "mühasirəsinə" başlamağı planlaşdırırlar.
"Operativ Media" France24.com-a istinadən xəbər verir ki, məqsəd Parisə hər hansı mal tədarükünün qarşısını almaqdır.
Hazırda sosial şəbəkələrdə də #BlocusDeParis həştəqi ilə minlərlə paylaşım edilib.
Məlumata görə, aksiyanın ən azı beş gün davam etməsi planlaşdırılıb. Bunun fonunda Fransa Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirib və asayişi qorumaq üçün 15 min polis əməkdaşını cəlb edib.
Girişin bağlanacağı obyektlər arasında iki əsas hava limanı - Şarl de Qoll və Orli, eləcə də Rungisin ən böyük kənd təsərrüfatı bazarı var.
Qeyd edək ki, Fransada fermerlərin etirazları bir neçə həftədir ki, davam edir, lakin Paris indiyədək təsirsiz qalıb. Narazılığın əsas səbəbləri kimi ucuz kənd təsərrüfatı məhsullarının idxalı, yanacağın bahalaşması, suvarma üçün suyun istifadəsinə qoyulan məhdudiyyətlər göstərilir.
Teqlər:
"Frans\u0131z fermerl\u0259r bu g\u00fcn Parisi traktorlarla m\u00fchasir\u0259y\u0259 alacaq"