İran-Pakistan sərhədində insident baş verib, ölən və yaralananlar var
Nərmin Qocamanlı
İran sərhədçiləri Sistan və Bəlucistan əyalətinin Ceqiqur bölgəsində terrorçu qruplaşmanın ölkəyə daxil olmaq cəhdinin qarşısını alıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə İran İslam Respublikasının sərhəd idarəsinin rəisi Əhməd Əli Qudarzi bildirib.
Onun sözlərinə görə, sərhədçilər iki yaralı terrorçunun axtarışı üçün ərazini yoxlayarkən öldürülən yaraqlının cəsədinin yanından bir neçə qumbara və kamikadze jileti aşkar edilib.
Əli Qudarzi əlavə edib ki, bir neçə gündür bu qruplaşma bütöv bir silah və partlayıcı arsenal daşıyaraq İran ərazisinə daxil olmağa cəhd edir.
Teqlər:
"\u0130ran-Pakistan s\u0259rh\u0259dind\u0259 insident ba\u015f verib \u00f6l\u0259n v\u0259 yaralananlar var"