Qazaxıstan 20-dən çox hava limanını Avropadan olan investorların idarəçiliyinə verə bilər
Nərmin Qocamanlı
"Qazaxıstan 20-dən çox hava limanını Avropadan olan investorların idarəçiliyinə verməyə hazırdır".
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev bildirib.
"Özəl sərmayələri cəlb etmək və hava limanlarını tranzit qovşaq kimi inkişaf etdirmək üçün hava limanlarının köçürülməsi təklif edilir", - o, qeyd edib.
Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən Astana və Almatı hava limanları xarici şirkətlərin nəzarətindədir.